Sarkozi: “Bizim ruslara ehtiyacımız var”backend

Sarkozi: "Bizim ruslara ehtiyacımız var"

“Biz Angela Merkellə birlikdə Putinin “qırmızı xətləri” haqqında bildiklərimizi göstərdik”.

KONKRET.az xəbər verir ki, bunu “Le Figaro” nəşrinə müsahibəsində Fransanın keçmiş prezidenti Nikola Sarkozi deyib.

O, Moskvanı güzəştə getməyə çağırıb:

“2008-ci ildə Avropa İttifaqı Şurasının prezidenti olanda Vladimir Putinlə dərin fikir ayrılıqlarım var idi. Mən onu Tbilisidən 25 kilometr aralıda olan tankları geri çəkməyə çağırdır. O, isə Gürcüstanı işğal etməyə başladı. Eyni zamanda, Angela Merkellə birlikdə onun “qırmızı xətləri” haqqında bildiyimizi göstərdik. Ona görə də biz ABŞ-ın güclü təzyiqlərinə baxmayaraq, Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasından imtina etdik. Biz istəmirdik ki, Putin uzun müddətdir beynində canlandırdı\ı anti-Qərb paranoyasına batsın. Ukraynaya qarşı müharibə etməklə Putin səhv etdi. O, uğursuzluğa səbəb oldu. Ancaq bundan sonra irəli getmək və çıxış yolu tapmaq lazımdır. Rusiya Avropanın qonşusudur və belə də qalacaq. Ruslar bizdən fərqlidir. Amma bizim onlara, onların da bizə ehtiyacı var”, -deyə Sarkozi əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*