Sayı 15 mindir, ətinin kilosu 68 dollara satılırbackend

Sayı 15 mindir, ətinin kilosu 68 dollara satılır

Yaponiyanın Honsyu adasının şimalında müxtəlif növ ayı ətinin satışına başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Mainichi Shimbun” qəzeti yazıb.

Bildirilib ki, yağlı və ya yağsız 250 qramlıq ayı ətini 17 dollara almaq olar. Ət xüsusi avtomatlaşdırılmış qurğularda satılır.

Yaponiyada qara ayıların sayı təxminən 15.000 ədəd olaraq qiymətləndirilir. Hökumət onların 12%-ni vurmağa icazə verir.

Ayılar qeyd olunan bölgədə insanlar üçün təhlükə mənbəyi hesab olunur. Ötən il aprel-sentyabr ayları arasında ayılar insanlara beş dəfə hücum edib, hücumlar zamanı 7 nəfər yaralanıb.

Ekspertlər deyirlər ki, ayılar getdikcə daha çox yaşayış məntəqələrinə hücum edirlər, çünki onların təbii yaşayış mühitində qidası getdikcə azalır.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*