Səfərbərlik üzrə hərbi xidmətdən tərxis başladı – RƏSMİbackend

Səfərbərlik üzrə hərbi xidmətdən tərxis başladı - RƏSMİ

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb:

“Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb. Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq.

Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifə lərə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.

Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”.

  • Namiq
    Dekabr 25, 2020 - 19:09

    Mənim 33 yaşim var atam xərçəng xəsdəsidi evdə imkan yoxdur ayliq iynəsin ödəyə bilmirlər .

  • Elçin Ağayarov
    Dekabr 25, 2020 - 22:16

    Xahiş edirəm ki men daxil olmaqla müəllimləri də təxris edəsiniz . şagirdlərimiz təhsilsiz qalmasın onlar bizim gələcəyimizdir.

  • Aygun
    Dekabr 26, 2020 - 21:45

    Salam bir qardaşım 26 yaşında rəhmət gedib xərcəngden.. bu qardaşımda səfərbəlikdən cəpəyə gedib bundan başqa qardaşım yoxdur anam pis veziyededirxayiş edirem yardim edin qardaşım gəlsin

  • Məmmədov məhəmməd
    Dekabr 27, 2020 - 17:51

    21 yaşlı səfərbərliklər nə vazt təxris olacaq

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*