İran Rusiya ilə bağli QƏRAR VERDİ: Görün Hörmüz boğazında nə edəcəklərbackend

İran Rusiya ilə bağli QƏRAR VERDİ: Görün Hörmüz boğazında nə edəcəklər

Tehran Hörmüz boğazından keçid üçün tətbiq edilən rüsumlar məsələsində Rusiya və bəzi digər ölkələrə istisna edib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.

“Gələcəkdə nə olacağını deyə bilmərəm. Lakin hazırda Xarici İşlər Nazirliyi Rusiya kimi dost ölkələr üçün nəzərdə tutulmuş istisnaları tətbiq etməyə çalışır.”

Aprelin 6-da məlum olub ki, İran Hörmüz boğazından keçid üçün rüsumları bütün tankerlərə, o cümlədən dost ölkələrə də şamil etməyi planlaşdırır. Bu qərar ABŞ və İsraillə münaqişə zamanı dəyən ziyanı kompensasiya etmək məqsədi daşıyırdı.

ABŞ prezidenti Donald Tramp apreldə Hörmüz boğazının blokadasına başlamaq barədə göstəriş vermişdi. İranın İnqilab Keşikçiləri Korpusu isə atəşkəs dövründə boğazı müvəqqəti olaraq açmışdı. Bu müddətdə gəmilərə qarşı qarşılıqlı hücum halları qeydə alınıb.

Son məlumatlara görə, ABŞ Hörmüz boğazı, eləcə də Fars və Oman körfəzləri bölgəsində İranın hərbi obyektlərinə zərbələr endirmək planını hazırlayır. Bu obyektlər Tehrana həmin su yollarını bağlamaq imkanı verir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*