“Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur”.
KONKRET.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib:
“Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, – çox da dərinə getmək istəmirəm, – biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq”.
