Şəhərdə tam çılpaq gəzdilər – Həbs olundular – FOTObackend

Şəhərdə tam çılpaq gəzdilər – Həbs olundular - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

İki gəncin gecə Özbəkistanın Səmərqənd şəhərinin Sartep massivində çılpaq gəzməsi videosu sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

KONKTRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, daha sonra regional polis idarəsinin məlumat xidməti hadisənin təfərrüatlarına aydınlıq gətirib.

Məlum olub ki, gecə saat 11:00 radələrində Səmərqənd şəhərinin Türküstan və Əmir Teymur küçələrinin kəsişməsində çılpaq gəzən insanlar barədə polisə məlumat daxil olub.

Bu şəxslər Səmərqənd Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şəxsiyyətlərini müəyyənləşdirmək üçün növbətçi hissəyə aparılıblar.

Məlum olub ki, şəhərin küçələrində çılpaq şəkildə gəzən vətəndaşlar cəmiyyətdə davranış qaydalarını qəsdən pozublar, bunlar Cambay rayonunun sakinləri 44 yaşlı J.N. və 28 yaşlı A.T.-dir

Maşında “qəhrəmanları” müşayiət edən digər həmyerlisi, həmin bölgənin sakini, 41 yaşlı X.D.-dir

Şöbədə J. N. izah edib ki, həmin gün onlar sərxoş olduqları üçün harada olduqlarını və nə etdiklərini belə başa düşməyiblər.

“Cambaydan onları götürmək üçün Səmərqəndə gələndə çox sərxoş idilər. Onları maşına salmaq istəyəndə soyundular və növbəti işığa qədər çılpaq gedəcəklərini elan etdilər. “Mən onlara mane olmağa çalışdım, lakin onlar mənə qulaq asmadılar. Hər ikisinə gücüm çatmazdı. Mənə dedilər: “Bizi növbəti svetofordan götür!”,-  deyə sürücü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*