Koronavirus abort və doğuş zamanı ananın ölüm riskini artırır.
KONKRET.az xəbər verir ki, bu haqda Rusiya Səhiyyə Nazirliyinin tövsiyələrində deyilir.
Koronavirus xəstəliyi zamanı hamiləliyin və doğuşun dayandırılması ağırlaşmalarla müşayiət olunur. Bunlar arasında əsas xəstəliyin ağırlaşması, tənəffüs çatışmazlığının inkişafı, mamalıq qanaxmasının görünməsi, dölün ölümü qeyd olunur.
Hipoksiyanın inkişafı və ya tənəffüs çatışmazlığı alveolyar ağciyər ödeminin inkişafı ilə də mümkündür. Bu hallarda təcili qeysəriyyə əməliyyatı etmək məsləhət görülür.
