Səhvi ucbatından lotereyada 17 milyon avro UDDUbackend

Səhvi ucbatından lotereyada 17 milyon avro UDDU

Fransa sakini elektron bilet tirajının keçirilmə tarixini seçərkən səhv edib və lotereyada 17 milyon avro udub.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın qumar oyunlarını tənzimləyən “Francaise des jeux” (FDJ) tərəfindən dərc edilən məlumatda deyilir.

Bildirilib ki, internet vasitəsilə oynayan iştirakçı bəxtini ayın 13-ü sınamaq istəyib, lakin təsadüfən tarix seçərkən səhv edib və 14 yanvarı qeyd edib.

Kimliyini açıqlamaq istəməyən 40 yaşlı Fransa sakini bizneslə məşğul olmaq və səyahət etmək niyyətindədir.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında başqa bir Fransa vətəndaşı “EuroMillions” lotereyasında 220 milyon avro qazanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*