Səməd Seyidov təklifimi rədd etdi – Xandanyanbackend

Səməd Seyidov təklifimi rədd etdi - Xandanyan

Azərbaycan parlamentinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov görüş təklifimi rədd edib.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Azərbaycanlı həmkarım görüş təklifimi açıq şəkildə rədd etdi”, – erməni deputat bildirib.

Xatırladaq ki, ötən həftə Xandanyan Seyidova müraciət edərək, Ermənistan və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin iclasının keçirilməsini və sərhəddə görüşməyi təklif etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*