Şəmkir və Tovuzda 20 ədəd subartezian quyusu qazılacaq – SİYAHIbackend

Şəmkir və Tovuzda 20 ədəd subartezian quyusu qazılacaq - SİYAHI

Prezident İlham Əliyev “Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, sərəncamla Şəmkir və Tovuz rayonlarının əhalisi 105153 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra №-si Rayonun adı Quyuların sayı, ədəd Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
1. Şəmkir 10 Düyərli kəndi (2 quyu) 9502
İrmaşlı kəndi 5216
Könüllü kəndi 5073
Sarıtəpə kəndi 2289
Yeni Həyat kəndi 4340
Yeni yol kəndi 1625
Zəyəm qəsəbəsi (3 quyu) 8749
2. Tovuz 10 Alakol kəndi 4265
Aşağı Quşçu kəndi 11340
Bozalqanlı kəndi 4593
Cəlilli kəndi 2212
Dondar Quşçu kəndi 4356
Düz Qırıqlı kəndi 7190
Əyyublu kəndi 12327
İbrahimhacılı kəndi 4527
Köhnəqala kəndi 2079
Qovlar şəhəri 15470
Cəmi: 20 17 105 153

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*