Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
KONKRET.az-ın məlumatına görə, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.
Bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.
Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.
=======================================================================================================
Şəmkirdə qətl hadisə baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
APA
