Senatorlar ABŞ-ın xarici siyasətinə ZƏRBƏ VURUR – Mark Veysbortbackend

Senatorlar ABŞ-ın xarici siyasətinə ZƏRBƏ VURUR - Mark Veysbort

Amerikanın “Counter Punch” jurnalı Mark Veysbortun ermənipərəst senator Robert Menendesi tənqid etdiyi məqaləsini dərc edib.

Bu materialın tərcüməsini KONKRET.az oxucularının diqqətinə çatdırırıq:

“Keçən aya qədər senator Bob Menendez ABŞ Konqresinin ən güclü üzvlərindən biri idi. Bu adam 13 il Senatın Xarici Əlaqələr Komitəsinin sədri olub. Fəaliyyəti dövründə bəzi diaspor təşkilatlarının və siyasi qüvvələrin təsiri altına düşməsində şübhələr yaranıb. Ona görə də xüsusi xidmət orqanları evində axtarış aparıb və 480 min dollar nağd pul, 100 min dollar dəyərində qızıl külçələr tapıb. O, müəyyən şəxslərin, eləcə də Misir hökumətinin maraqlarını qorumaq müqabilində rüşvət almaqda ittiham olunurdu. İddialara görə, o, öz nüfuzundan istifadə edərək, xarici hərbi maliyyələşdirməyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Misirə çoxmilyonluq silah satışının təsdiqlənməsinə təkan verib.

Bu Menendesə qarşı ilk ittiham deyil. O, 2015-ci ildə həkim Salomon Melgenə kömək etmək üçün xidməti vəzifəsindən istifadə edib və külli miqdarda rüşvət almasına görə ittiham olunub. 2018-ci ildə onun Senatın Etika Komitəsindəki həmkarları illərlə davam edən araşdırmadan sonra müəyyən ediblər ki, Menendez dəfələrlə bahalı hədiyyələr qəbul edib və həkimin şəxsi və biznes maraqlarını qorumaq üçün vəzifə səlahiyyətlərini aşıb. Nağd pul, qızıl külçə və Medicar fırıldaqçılığı Amerika korrupsiyasının yalnız bir hissəsidir.

Həmçinin seçki kampaniyalarında milyardlarla dollar korrupsiya faktları da araşdırılır. Menendes həmçinin ölkənin xarici siyasətini ekstremizm meydanına çevirib. Konqresin 21 üzvü prezident Baydenə məktub yazaraq ABŞ-ın Venesuela və Kubaya qarşı iqtisadi sanksiyalarını ləğv etməyə çağırıb. Lakin Menendes dərhal sanksiyaların ləğvinə qarşı çıxıb. Orada göstərilən faktlar isə 50-dən çox iqtisadçı tərəfindən təkzib edilib.

Venesuelaya qarşı sanksiyalar nəticəsində on minlərlə insan həlak olub. Konqresmen Cim MakQovern prezident Baydenə məktubunda izah edib ki, qüvvədə olan sanksiyalar zərərli siyasətdir və bunu aradan qaldırmaq lazımdır: “Ekstremist xarici siyasət həm korrupsioner siyasi sistemimizin məhsuludur, həm də onu əbədiləşdirən qüvvədir.

Biz bunu Yaxın Şərqdəki vəziyyətin timsalında görürük. İsrail hökuməti Qəzza zolağında minlərlə fələstinlini öldürə biləcək yeni hərbi əməliyyatlarla hədələyir. Daha böyük müharibə təhlükəsi var. Amma bizim ən güclü xarici siyasət ekstremistlərimizdən bəziləri məhz bunu edirlər”.

Senator Lindsey Qraham keçən həftə Qəzza zolağına eyham edərək bildirib ki, “Buranı dağıdın!”. İranı isə neft emalı zavodlarını partlatmaqla və onları istismardan çıxarmaqla hədələyib. Eyni zamanda Həmas və Hizbullahın maliyyə mənbəyini məhv etmək üçün hərbi gücdən istifadə etməyin zəruriliyini qeyd edib. Qrahamın partiyasının Yaxın Şərqdə genişmiqyaslı müharibədən necə faydalana biləcəyini görmək asandır. İqtisadi qarışıqlıq, benzinin qiymətinin artması və inflyasiya ABŞ ordusunun Qrahamın bəyanatlarına əməl edəcəyi təqdirdə tamamilə mümkündür. Və sual olunur, gələn ilki seçkilərdə bunun siyasi bədəlini kim ödəyəcək? Bu, Menendez və Qraham kimi ekstremistlərin ABŞ-ın xarici siyasətinə vurduğu ən böyük zərbədir.

Amerikanın çürük xarici siyasəti ölkə daxilində demokratiyanın məhvinə səbəb olacaq. Təbii ki, Menendez istefa verməlidir. Biz yalnız ümid edə bilərik ki, onun gedişi ilə bəzi ekstremist və korrupsioner təsirlər yox olacaq”, – deyə Mark Veysbort yazıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*