SEPAH yenə Azərbaycana qarşı təxribatçı video paylaşıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan-İsrail yaxınlaşmasını, Azərbaycanın İsraildə səfirlik açmasını heç cür həzm edə bilmir.
Ona görə də demək olar ki, hər gün bir təxribatçı animasiya filmi paylaşır.
Budəfəki “multfilm”də molla rejimi Azərbaycanı “işğal” edir. 30 il ərzində Ermənistanın Azərbaycan ərazisini işğal etməsinə susmasından aydın olur ki, İran özü də bu “arzu”dadır.
İranın bu cəfəng xülyaları elə animasiyalarda, videolarda gerçəkləşəcək, realda İranın buna cəsarəti çatmaz.
Xuraman Etibarlı,
KONKRET.az