Separatçıların yeni hərbi mövqelərinin peyk görüntüləri yayıldı – VİDEObackend

Separatçıların yeni hərbi mövqelərinin peyk görüntüləri yayıldı - VİDEO

Erməni separatçıları Qarabağda öz qanunsuz hərbi fəaliyyətlərini 44 günlük müharibədən sonra da davam etdiriblər.

KONKRET.az Azpolitika-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə sözügedən qanunsuz hərbi fəaliyyətləri açıq şəkildə ortaya qoyan kadrlar yayılıb.

Kadrlardan görünür ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa ediblər və silah sistemləri yerləşdiriblər. Sözügedən mövqelər Azərbaycan tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradılmamışdan əvvəl qurulub.

Həmçinin kadrlarda Xankəndi istiqamətində müharibədən sonra yeni qurulmuş mövqelər də öz əksini tapıb. (Mənbə: “Qarabağ Open Data”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*