Separatçılarla hərbçilərimiz arasında yeni mövqedə insident yaşandı – VİDEObackend

Separatçılarla hərbçilərimiz arasında yeni mövqedə insident yaşandı – VİDEO

Azərbaycan ordusu son günlər səssiz müharibə taktikası ilə Qarabağda irəliləyir. İşğalda qalan ərazilər separatçılardan təmizlənir. Bu proseslərdə əsasən komanda birliklərinin iştirak etdiyi deyilir.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-ın əldə etdiyi məlumata görə, ordumuzun növbəti əməliyyatlarından sonra insident yaşanıb. Bildirilir ki, nəzarətə götürülən yeni mövqeyə gələn separatçı tör-töküntülər hərbçilərimizin buranı tərk etməsini istəyiblər.

Hadisə zamanı sülhməramlıların da ərazidə olduğu deyilir. Sülhməramlıların və separatçıların təkidlərinə baxmayaraq, hərbçilərimiz nəzarətə götürdükləri mövqelərdən geri çəkilməyiblər. Bu məqamda separatçılarla hərbçilərimiz arasında insident yarandığı deyilir. Azərbaycan ordusunun hərbi qulluqçuları separatçıların cavablarını artıqlaması ilə verərək, onları ərazidən uzaqlaşdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*