Sərbəst güləş üzrə yığmamızın ilkin heyəti açıqlandıbackend

Sərbəst güləş üzrə yığmamızın ilkin heyəti açıqlandı

Sərbəst güləş üzrə Azərbaycan millisinin bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, Dünya Güləş Birliyinin məlumatına görə, ölkəmiz nüfuzlu yarışda 10 idmançı ilə təmsil olunacaq.

Mundialda Əliabbas Rzazadə (57 kiloqram), İntiqam Vəlizadə (61 kiloqram), Hacı Əliyev (65 kiloqram), Maqomedbəşir Xanıyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Abubakr Abakarov (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*