“Serbiya İrandan 20 min kamikadze pilotsuz təyyarə sifariş edib” – Kosova mətbuatıbackend

"Serbiya İrandan 20 min kamikadze pilotsuz təyyarə sifariş edib" - Kosova mətbuatı

Serbiyanın Xarici İşlər Nazirliyi nümayəndə heyətinin İrana rəsmi səfər etdiyi və 20 min kamikadze pilotsuz uçan aparat sifariş etdiyi iddia olunub

KONKRET.az xəbər verir ki,  bu barədə Kosova mətbuatı məlumat yayıb.

Bildirilib  ki, Serbiyanın xarici işlər nazirinin müavini Qoran Aleksiç bazar günü İran İslam Respublikasının siyasi işlər nazirinin müavini Əli Baqiri ilə görüşüb.

Görüş zamanı Serbiyanın Balkanlardakı nüfuzunu gücləndirmək məqsədilə İrandan 20 min ədəd “Şahid-136” kamikadze pilotsuz uçan aparatı sifariş etdiyi iddia olunub. Həmçinin Aleksiç iki ölkə arasında ticarət həcminin artırılmasının qaçınılmaz olduğunu qeyd edib.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç, Kosovonun Türkiyədən Bayraktar silahlı pilotsuz təyyarəsi alacağı xəbərindən sonra Ankaradan Bayraktar almaqdan imtina etdiklərini açıqlayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*