Serbiyanın Təhlükəsizlik və İnformasiya Bürosunun rəhbəri Aleksandr Vulin istefa verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bu qərarın əsas səbəbi kimi ABŞ və Aİ-nin təzyiqini göstərib. Vulinin sözlərinə görə, istefası Serbiyaya qarşı sanksiyaların qarşısının alınması üçün şərt olub.
Vulin vurğulayıb ki, o, heç bir mövqe naminə anti-Rusiya və anti-serb isteriyasında iştirak etmək fikrində deyil.
Qeyd edək ki, Vulinin rəhbərlik etdiyi qurum olan BİA Serbiyanın əsas kəşfiyyat orqanıdır. Kəşfiyyat və əks-kəşfiyyat məsələlərinə, habelə milli təhlükəsizlik üçün vacib olan məlumatların toplanması və təhlilinə cavabdehdir.
Aleksandr Vulin Rusiyanın maraqlarına uyğun bir sıra hərəkətlərdə, o cümlədən rusiyalı müharibə əleyhdarı fəallara sığınacaq verməkdən imtina etməkdə və keçmiş ukraynalı məmuru Rusiyaya ekstradisiya etmək cəhdində ittiham olunur. Bundan əlavə, Vulinin Rusiya hakimiyyət orqanlarına məlumat ötürdüyü bildirilir.
Burhan,
KONKRET.az
