“Şərəfini itirmiş, qadın haqqında hekayələr uyduran…” – Dadaşova əsəbiləşdibackend

"Şərəfini itirmiş, qadın haqqında hekayələr uyduran..." - Dadaşova əsəbiləşdi

Xalq artisti Brilliant Dadaşova “Youtube”da onunla bağlı iddialar irəli sürənlərə cavab verib.

KONKRET.az xəbər verir ki, sənətçi İnstaqramda mahnılar paylaşaraq bunları yazıb:

“1990 cı il – Brilliant Dadaşovanın 20 Yanvar hadisələrinə mərd etirazı. Bu mahnını siçan deşiyində gizlənib, qadın haqqında qondarma hekayələr uyduranlara həsr edirəm. Azərbaycan bayrağı qarşısında oturub dedi-qodu uydurmayın. Biz o bayraq uğrunda özümüzü və karyeramızı məhv etməkdən qorxmadıq”.

Dadaşova daha sonra Mirzə Ələkbər Sabirin  “Kim nə deyər bizdə olan qeyrətə” adlı şeirinə yazılan mahnısını yayımlayıb və “1991-ci ildə oxuduğum bu musiqini şərəfini itirmiş, xəlvətdə gizlənib, qadın haqqında inanılmaz hekayələr uyduranlara həsr edirəm. Dahi Mirzə Ələkbər Sabir onların cavabını çoxdan verib. Aşiqiq ancaq quru boş söhbətə, kim nə deyər bizdə olan qeyrətə” sözlərini əlavə edib.

Qeyd edək ki, dadaşova bir müddət əvvəl “Bir din adamı var, onunla adımı illərdi yan-yana çəkirlər. Əvvəl dedi-qodu kimi deyirdilər. İndi hansısa biri gedib oturub xaricdə açıq-aşkar adını çəkir. Əlimi göyə qaldırıb, Allaha dua etdim. Dedim, ay Allah sənə qurban olum. Bir adamı tanıyasan… Mən öz səhvlərimi tuturam. Yəqin nəyisə düz etmədim, düz anlaşılmadı. Amma tanımadığım, həyatımda kəlmə kəsmədiyim biri. Nə o din adamı, nə də başqası…” açıqlamasını vermişdi.

Axsham.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*