Sərhəd yaxınlığına 2 mindən çox əsgər, texnikalar yığıldıbackend

Sərhəd yaxınlığına 2 mindən çox əsgər, texnikalar yığıldı

Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda “Norter Spike 225” adlı artilleriya təlimi başlayıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərə 2000-dən çox hərbçi və 500 texnika cəlb olunub:

“Təlimin məqsədi çətin qış şəraitində artilleriya imkanlarını sınaqdan keçirmək, müxtəlif səviyyəli komandanlıq və artilleriya atəşi arasında qarşılıqlı əlaqəni yoxlamaqdır”.

Finlandiya Quru Qoşunlarının məlumatına görə, təlimlər noyabrın 25-dək Qərbi Avropanın ən böyüyü olan Laplandiyanın Rovajarvi poliqonunda keçiriləcək.

Qeyd edək ki, təlimin birinci mərhələsi noyabrın 8-dən 16-dək həmin poliqonda baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*