Sərhədin delimitasiyası üçün iki variant var – Paşinyanbackend

Sərhədin delimitasiyası üçün iki variant var - Paşinyan

“Azərbaycanla sərhədin delimitasiyası üçün iki variant var”.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, birinci varinatı açıqlayıb: “Sərhədin bütün uzunluğu və biz onu həyata keçirməyə başlayırıq”.

“İkinci variant odur ki, biz sərhədi parçalara ayırırıq və hissə-hissə irəliləyirik. Hətta razılaşırıq ki, bölgə-bölgə demarkasiya aparılsın, hər bir bölgədə sərhədi təkrar müəyyən edək, sonra isə anklav məsələsini son mərhələyə buraxaraq qoşunların yerləşdiyi yerləri dəqiqləşdirək”, – Paşinyan ikinci variantı izah edib.

Onun sözlərinə görə, Ermənistan bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və öz sərhədlərindən kənarda heç bir niyyəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*