“Nikol Paşinyan məzuniyyətdədir, lakin istirahət vaxtında belə fəaliyyətini dayandırmır. O, ictimaiyyətə kassa çeklərinin götürülməsinin vacibliyi barədə məlumat verir, teatrların tamaşaçılarla dolu olduğunu danışır və digər mövzulara toxunur”.
KONKRET.az Globalinfo.az-a xəbər verir ki, bunu erməni jurnalist Voskanyan Sarkisyan deyib.
“Bu vaxt isə hökumət iyulun 16-da keçirilən iclasda “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişini təsdiqləyib və onun ratifikasiya prosesinə start verib. TRIPP layihəsi ilə bağlı proseslərin Ermənistan hökuməti tərəfindən irəlilədiyi barədə də məlumatlar yayılıb.
Hökumət iclasında həmçinin TRIPP fondu məsələsi müzakirə olunub. Bildirilir ki, fonda Konstantin Sokolov rəhbərlik edəcək”.
Sarkisyan qeyd edib ki, məzuniyyətdə olan Nikol Paşinyan ictimaiyyətin diqqətini daha az mübahisəli mövzulara yönəldərək sözügedən razılaşmalarla bağlı mühüm sualların kölgədə qalmasına səbəb olur:
“Serj Sərkisyan da mühüm hadisələrdən əvvəl ölkədən gedirdi”.
