Çində sərnişinin portativ şarj cihazının alışması səbəbindən təyyarə təcili eniş etməli olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Lhasa-Şanxay reysində baş verib.
Məlumata görə, sərnişinlərdən birinin poverbankı alışıb. Qorxuya düşən sərnişin cihazı birinci dərəcəli oturacaqların arasına atıb. Uçuş bələdçiləri batareyanı almaq üçün bir sıra oturacaqları sökməli olub.
Nəticədə pilotlar Vuhan hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
İqbal Rzayev,
KONKRET.az
