Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərinin işini dayandırıb.
KONKRET.az xəbər verir ki, sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra ehtiyat tədbiri olaraq kəmər bağlanıb. Bu barədə krallığın dövlət xəbər agentliyi Energetika Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Hücum zamanı bir neçə nəfər yaralanıb.
Nazirlikdən qeyd edilib ki, sonrakı dəyişikliklər barədə əlavə məlumat veriləcək.
