Sərt xətt, ağır nəticələr: İran üçün təhlükəli ssenaribackend

Sərt xətt, ağır nəticələr: İran üçün təhlükəli ssenari

Regionda artan gərginlik fonunda emosional və sərt xətt üzərində qurulan addımlar uzunmüddətli sabitliyi zəiflədərək İranı həm daxili, həm də regional qarşıdurmaların mərkəzinə çevirə bilər. Bu isə genişmiqyaslı münaqişə ehtimalını artırmaqla yanaşı, dövlət institutlarının sarsılması riskini də gücləndirir.

İdeoloji fanatizmə əsaslanan siyasi qərarlar İranın məhvinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Sabir Məmmədli bildirib ki, İranın mövcud idarəetmə modeli faktiki olaraq ultraideoloji və fanatik yanaşmalar üzərində qurulub.

Paşinyanın vəziyyəti stabildir, amma seçkilər ərəfəsində rahat deyil"- Sabir Məmmədli | news365.az

Onun sözlərinə görə, ölkədə qərarverici strukturlar — Ali Dini Lider institutu, Ekspertlər Şurası və SEPAH uzun illərdir ideoloji təsir altında fəaliyyət göstərir.

Politoloq qeyd edib ki, bu sistem çərçivəsində formalaşan kadrlar daha çox ideoloji məqsədlərə xidmət edir və dövlət maraqları çox vaxt ikinci plana keçir.

“Bu yanaşma radikallıqdan imtinanı çətinləşdirir. SEPAH daxilində hərbiləşmiş və ideoloji baxımdan sərt mövqedə olan qüvvələr üstünlük təşkil edir. Hətta reallıqlar nəzərə alınsa belə, fanatizm bu baxışların dəyişməsinə imkan vermir”, — deyə o bildirib.

Ekspertin fikrincə, ölkə daxilində baş verən proseslərlə bağlı məlumatlar məhdudlaşdırılsa da, müxtəlif mənbələrdə yayılan xəbərlər ciddi dağıntılara işarə edir. İnfrastruktur obyektlərinin, hərbi və strateji məntəqələrin zərər görməsi ilə bağlı iddialar da bu kontekstdə diqqət çəkir.

Sabir Məmmədli hesab edir ki, İranın sərt mövqedən çıxış etməsi məhz ideoloji yanaşmanın nəticəsidir. Onun fikrincə, bu xəttdən geri çəkilmək ehtimalı zəifdir və bu da ölkənin gələcəyi ilə bağlı riskləri daha da artırır.

Dəniz Pənahova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*