Şərurun sabiq hərbi komissarının işi Ali Məhkəmədəbackend

Şərurun sabiq hərbi komissarının işi Ali Məhkəmədə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Həsən Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Xatırtlatma: 2023-cü il ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin rəisi Həsən Məmmədov sərəncama götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Rüşvət alma, külli miqdarda törədildikdə) üzrə cinayət işi açılıb və ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*