Xaçmaz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Konkret.az-ın şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunda baş verib. Rayonun Palçıqoba kənd sakini 1963-cü il təvəllüdlü Qocayev Fərhad Əziz oğlu idarə etdiyi nəqliyyat vasitəsi ilə yoldan çıxaraq aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Qəza zamanı sürücünün sərxoş olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Cəlal Fərzəliyev
