Səudiyyə Ərəbistanı ABŞ vətəndaşını EDAM ETDİbackend

Səudiyyə Ərəbistanı ABŞ vətəndaşını EDAM ETDİ

Avqustun 16-da Səudiyyə Ərəbistanında ABŞ vətəndaşı Bişoy Şərif Naci Nasif edam edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, atasına işgəncə verməkdə və öldürməkdə təqsirli bilinib.

Məlumata görə, ölkədə bu il edama məhkum edilən əcnəbilərin sayı 19-a yüksəlib.

Qeyd edək ki, Nasifin ölüm hökmü Ər-Riyadda icra edilib.

Bildirilib ki, yaşı açıqlanmayan Nasif atasını döyərək öldürüb. O, həmçinin narkotik vasitələrdən istifadə edərək daha bir nəfəri öldürməyə cəhd edib.

Edam üsulu dəqiqləşdirilməyib, lakin keçmişdə Səudiyyə Ərəbistanı ölüm hökmlərinin icrasında tez-tez baş kəsmədən istifadə edib.

ABŞ edamla bağlı dərhal şərh verməyib.

“Hesabatlardan xəbərdarıq və vəziyyəti izləyirik, lakin konkret məlumat yoxdur”, – Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

Onun sözlərinə görə, sonuncu dəfə ABŞ konsulluğunun əməkdaşı iyul ayında Nasifə baş çəkib.

Beynəlxalq Amnistiya” təşkilatının məlumatına görə, Səudiyyə Ərəbistanı edamların sayına görə dünyada üçüncü yerdədir.

Qeyd olunub ki, ölkədə ABŞ vətəndaşı ilə yanaşı, Bəhreyn, Banqladeş, Misir, Hindistan, İordaniya, Nepal, Pakistan, Filippin və Yəməndən olan insanlara da ölüm hökmü çıxarılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*