Seulda Hellouin bayramında ölənlərin sayı 120-yə ÇATDI – VİDEO/YENİLƏNİBbackend

Seulda Hellouin bayramında ölənlərin sayı 120-yə ÇATDI - VİDEO/YENİLƏNİB

Seulda Hellouin bayramında basabas nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Yonhap News səlahiyyətlilərə istinadən məlumat verib.

“Seulda izdihamda ölənlərin sayı daha da arta bilər”, – Fövqəladə hallar xidmətinin sözçüsü deyib.

***

21:11

Seulda Hellouin bayramında 50-dən çox insan izdihamda ölüb.

KONKRET.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtında oktyabrın 29-da Hellouin bayramı şərəfinə kütləvi şənliklər başlayıb.

Əyləncə faciəvi şəkildə başa çatıb. Əllidən çox adam izdihamda sıxılaraq ürək dayanması səbəbindən ölüb.

KİV-in məlumatına görə, əzilmə yaxınlıqdakı müəssisələrdən birində bir məşhuru görən kimi başlayıb.

Son məlumata görə, Hellouin şənliklərində izdihamda ən azı 59 nəfər ölüb, 150 nəfər yaralanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*