Seutada faciə böyüyür: Ölən miqrantların sayı 90-a çatdıbackend

Seutada faciə böyüyür: Ölən miqrantların sayı 90-a çatdı

Mərakeşdən İspaniyanın Seuta şəhərinə qanunsuz keçməyə cəhd edən miqrantlar arasında ölənlərin sayı 90-a yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın La Sexta telekanalı məlumat yayıb.

Məlumata görə, İspaniya ərazisində 74, Mərakeş tərəfində isə 16 nəfərin meyiti aşkarlanıb. Bununla da faciə nəticəsində ölənlərin ümumi sayı 90 nəfərə çatıb.

Qeyd olunur ki, son günlər təxminən 70 min miqrant Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta anklavına keçməyə cəhd edib. Kütləvi keçid cəhdləri zamanı çox sayda insan dənizdə boğulub, yüzlərlə miqrant isə xilas edilib.

Hadisədən sonra İspaniya hökuməti Seuta sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib, Avropa İttifaqı isə yaranmış humanitar böhranla bağlı vəziyyəti yaxından izlədiyini açıqlayıb.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*