Sevgilisinin bu sözləri senator Bob Menendesi işə saldı – Araşdırma başladıbackend

Sevgilisinin bu sözləri senator Bob Menendesi işə saldı – Araşdırma başladı

ABŞ-nin ən çox oxunan qəzetlərindən olan “New York Post” senator Bob Menendes haqqında yeni iddialar irəli sürüb.

KONKRET.az xəbər verir ki, ABŞ Senatında Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində çalışarkən rüşvətxorluqda ittiham olunan və bu vəzifəni tərk edən Menendesin 15 il əvvəl evli sevgilisinə nağd pulla dolu seyfi göstərdiyi üzə çıxıb.

Yayımlanan sənəddə qeyd olunur ki, Menendesin sevgilisi 2007-ci ildə dostlarına içi pul yığını ilə dolu olan seyf gördüyü ilə öyünüb.

Qeyd edək ki, Menendes ABŞ-nin Türkiyəyə F-16 satışını əngəlləyib, yunan və erməni lobbiləri ilə sıx əlaqələri olub. Senator lobbiçilik fəaliyyəti ilə çoxlu sərvət toplayıb. Onun həmçinin yataqda və şəxsi təyyarədə çılpaq fotoşəkilləri yayılıb.

Məlumatda deyilir ki, 70 yaşlı Menendes və onun ikinci arvadı Nadine Arslanyanın Nyu-York ştatındakı evlərindən təxminən 500 min dollarlıq nağd pul və qızıl külçələri ələ keçirilib. Məhz bundan sonra onun haqqında rüşvət və korrupsiya ilə bağlı ittihamlar irəli sürülüb.

Yeri gəlmişkən, ilk dəfə 2013-cü ildə “The Post” tərəfindən üzə çıxarılmışdı ki, Mendendes Nyu-Cersidə Freeholdda kiçik ispandilli qəzetin naşiri olarkən tanış olduğu Cecilia Reynoldsıa münasibətdədir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*