Seyran Ohanyan 2 milyon dollarlıq mənimsəmədə ittiham olunurbackend

Seyran Ohanyan 2 milyon dollarlıq mənimsəmədə ittiham olunur

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti eks-nazirə qarşı bu ittihamı irəli sürüb. Onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçilib.

Qeyd olunub ki, o, nazir olduğu 2010-cu ildə Ermənistan “Dzora Su Elektrik Stansiyası” QSC özəlləşdirilərkən saxtakarlığa yol verib. Bu yolla 3.6 milyard dram (təxminən 2 milyon dollar) mənimsəyib. Belə ki, həqiqi dəyəri 4 646 400 000 dram olan QSC 1.046.400.000 drama özəlləşdirilib və dövlətə külli miqdarda ziyan vurulub.

Qeyd edək ki, Ohanyan 2008-20106-cı illərdə nazir olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*