Şimali Koreya ilk dəfə olaraq özünün yeni “Hvason-18” uzun mənzilli ballistik raketini sınaqdan keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buraxılışa şəxsən dövlət başçısı Kim Çen In rəhbərlik edib.
Ehtimal olunur ki, KXDR ballistik raketi Yapon dənizinə doğru atıb.
Qeyd edək ki, Şimali Koreya aprelin 13-də Yapon dənizinə doğru orta və ya uzun mənzilli ballistik raket atıb. Yaponiya hökuməti Hokkaydo adasında kütləvi evakuasiya elan edib. Yaponiya daha sonra raket buraxılışına görə KXDR-ə etiraz edib.
İqbal Rzayev,
KONKRET.az
