Şimali Koreya ordusu hücuma hazırlaşırbackend

Şimali Koreya ordusu hücuma hazırlaşır

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun hücum xarakterli təlimlərinin artırılacağını bildirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Mərkəzi Hərbi Komissiyanın iclasında deyib.

“Hərbi qarşıdurmanın getdikcə daha da kəskinləşdiyi indiki vəziyyət silahlı qüvvələrimizin tam döyüş hazırlığını tələb edir”, – deyə KXDR lideri bildirib.

Belə ki, iclasda Kim Çen In təcili hərbi tədbirlər haqqında sərəncam imzalayıb və orada Şimali Koreya ordusunun təlimlərinin gücləndirilməsinə dair nəticələri təqdim edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*