Simonyan bütün dünyanı nüvə müharibəsi ilə HƏDƏLƏDİ – VİDEObackend

Simonyan bütün dünyanı nüvə müharibəsi ilə HƏDƏLƏDİ - VİDEO

Simonyan Ukraynanı nüvə zərbəsi və tam məhv edilməklə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni əsilli rus təbliğatçısı, jurnalist Marqarita Simonyan Solovyovun müəllif proqramının efirində canlı yayım zamanı deyib. O, Ukraynada “xüsusi əməliyyatı” bitirməyin əleyhinə, üçüncü dünya müharibəsini başlamağın lehinə danışıb.

Marqarita Simonyan müharibədə Ukraynanı itirməyə alternativ olaraq üçüncü dünya müharibəsi və nüvə zərbəsi təklif edib.

“Bizə hansı seçim qoyursunuz, axmaqlar? Ukraynanın tamamilə məhv edilməsinimi? Nüvə zərbəsimi?”, – deyə təhdid edib.

Solovyov da onunla razılaşaraq deyib: “Biz cənnətdəyik, onlar isə öləcəklər”, – deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*