“Simpsonlar” Yaponiya Baş nazirinin balıq yeməsini PROQNOZLAŞDIRDI – VİDEObackend

"Simpsonlar" Yaponiya Baş nazirinin balıq yeməsini PROQNOZLAŞDIRDI - VİDEO

Xəbər verdiyimiz kimi, Yaponiyanın Baş naziri Fumio Kişida radioaktiv tullantıların atıldığı prefekturada tutulduğu iddia edilən balığı yeyib. O, dəniz məhsullarının təhlükəsiz olduğunu hər kəsə sübut etməyə çalışıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Simpsonlar” cizgi serialının personajları Baş nazirin bu hərəkətini tam şəkildə təkrarlayıb.

Belə ki, filmin bir epizodunda yerli Atom Elektrik Stansiyasının təhlükəli tullantılarının atıldığı gölməçədən üçgözlü balığın tutulduğu oxşar səhnə var. Belə ki, qalmaqalı sakitləşdirmək üçün elektrik stansiyasının sahibi kameralar qarşısında balığı yemək qərarına gəlir.

Qeyd edək ki, avqustun 24-də Yaponiya 2011-ci ildə “Fukusima-1” Atom Elektrik Stansiyasında baş vermiş fəlakət zamanı və ondan sonra reaktorları soyutmaq üçün istifadə edilən suyu okeana tökməyə başlayıb. Tokio suyun radioaktiv hissəciklərdən azad olduğunu və yalnız hidrogen (tritium) izotopunun olduğunu bildirib. 2024-cü ilin mart ayına qədər ümumilikdə 31 200 ton radioaktiv tullantı suyunun axıdılması planlaşdırılır. Bu qərardan sonra Çin Yapon dəniz məhsullarını idxal etməkdən imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*