Şirvanda mağazanı soydu – ANBAAN VİDEObackend

Şirvanda mağazanı soydu - ANBAAN VİDEO 

Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18 327 manat və 800 ABŞ dolları oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*