“Sivil dünyada erməni həyatının heç bir dəyəri yoxdur və heç vaxt da olmayıb” – Erməni mediasıbackend

"Sivil dünyada erməni həyatının heç bir dəyəri yoxdur və heç vaxt da olmayıb" - Erməni mediası

“Avropa Rusiyadan qaz almaq istəmir, çünki Putin ukraynalıları öldürür”.

KONKRET.az xəbər verir ki, bunu bu gün erməni nəşrləri yazır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumun imzalaması erməniləri bərk qıcıqlandırıb.

“Avropa Rusiyadan qaz almaq istəmir, çünki Putin ukraynalıları öldürür. Amma indi o, Əliyevlə danışıqlar aparır ki, Rusiyadan yox, Azərbaycandan qaz alsın, baxmayaraq ki, Əliyev də erməniləri öldürür.

Xülasə, sivil dünyada erməni həyatının heç bir dəyəri yoxdur və heç vaxt da olmayıb. Bizə güclü bomba lazımdır.

Nə qədər ki, bütün konvensiyalarda öz maraqlarımızı qılıncla və qanımız bahasına müdafiə etməyəcəyik, yetən hər kəs bizdən daim belə istifadə edəcək”, – deyə ermənilər yazıb.

Məlum olduğu kimi, Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təbii qazın Avropaya nəqlinin artırılması və enerji təhlükəsizliyinə dair saziş imzalanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*