Siyəzəndə narkotik əməliyyatı – Qadın saxlanıldıbackend

Siyəzəndə narkotik əməliyyatı - Qadın saxlanıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbirləri həyata keçirilib.

KONKRET.azxəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olan Qafarova Elvira Səfərəli qızı Siyəzən şəhəri Nizami küçəsində saxlanılaraq RPŞ-nə gətirilib. Onun üzərində keçirilən şəxsi axtarış zamanı təmiz çəkisi 2,665 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*