ŞOK: Keysəriyyə əməliyyatı etdilər, amma uşaq tapılmadıbackend

ŞOK: Keysəriyyə əməliyyatı etdilər, amma uşaq tapılmadı

38 yaşlı qadın qarnında kəskin ağrılarla xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, USM müayinəsi zamanı 34 həftəlik hamilə olduğunu bilən qadın şoka düşür, çünki o, hamiləliyini bilməyib. Artıq nəvəsi olan qadın uşaq dünyaya gətirmək fikrində olmayıb.

Vəziyyət kritik olduğundan xəstə təcili keysəriyyə əməliyyatı olunub. Lakin uşaqlığı kəsən həkim orda döl görməyib.

Nadir tibbi hadisə ötən ay Voronej xəstəxanasında baş verib. Qadın isə Boquçar regionundan olub.

40 ilin təcrübəli ginekoloqları dərhal ikinci kəsik apararaq, uşaqlıqdan kənar inkişaf etmiş kisəciyi kəsərək orda körpəni aşkarlayıb.

Dünyaya sağlam, normal qız uşağı doğulub.

Hadisə dünya ginekologiya tarixində 17-cidir. Həkimlər bu faktı möcüzə adlandırır. Çünki aylardır ana da, uşaq da təhlükə ilə iç-içə yaşayıblar. Hər an daxili orqanlar partlaya bilərdi.

Yarımçıq doğulsa da körpə özünü tez toparlayıb. Ana isə çox qan itirdiyindən 2 həftə reanimasiyada qalıb. Buna baxmayaraq, onun həyatı xilas edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*