Solovyov Azərbaycandan üzr istəyib.
KONKRET.az xəbər verir ki, Rusiyalı jurnalist Vladimir Solovyov “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etdiyi Qarabağ bölgəsində yaşayan separatçı David Babayana efir vaxtı ayırdığına görə Azərbaycandan üzr istəyib. Bu barədə o öz proqramının efirində deyib.
“Mən böyük siyasi səhv etdim, çünki Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozdum. Və təbii ki, əgər Qarabağ təmsilçisini çağırıramsa, o zaman balansı saxlamaq və bunu düzgün etmək üçün dərhal Azərbaycan təmsilçisini də çağırmalı idim. Sadəcə bir-bir etməyə çalışırdım. Bu, alınmadı və məsələni həm bu, həm də digər tərəflə əlaqələndirmək lazım idi ki, jurnalist obyektivliyi olsun. İndi olduqca çətin vəziyyətdir.
Çox hörmətli Azərbaycan tərəfindən necə şərh almaq barədə düşünürəm. Təəssüf ki, asan deyil. Soruşdum, amma digər tərəfdən bu müsahibənin dərc olunmasından çox incidilər. Üstəlik, bir daha demək istəyirəm ki, mən Rusiya-Azərbaycan münasibətlərinin indi oynadığı rolu yaxşı başa düşürəm və bu münasibətlər sisteminə nifaq salmamağın nə qədər vacib olduğunu başa düşürəm.
Mən bir dəfə Azərbaycan Prezidenti ilə danışmaq şərəfinə nail olmuşam, 44 günlük müharibədən sonra belə söhbət olmayıb. Bir daha deyirəm, Azərbaycan tərəfinin öz sözünü deməsi üçün istənilən səviyyədə efir vaxtı verməyə hazıram və təbii ki, ilk növbədə bu regionda sülh və əmin-amanlığı yüksək qiymətləndirirəm.
Ona görə də mən bu mövzunu federal efirdə işıqlandırarkən obyektivlik qaydalarına əməl etmədiyim üçün, 44 günlük müharibə zamanı etdiyimiz kimi, mən eyni vaxtda iki tərəfin mövqeyini ifadə etmək imkanı vermədiyim üçün üzr istəyirəm. Bu sahədə problem yaratmaq istəməzdim… Mənə daha çox siyasi müdriklik və siyasi nəzakət göstərmək lazım idi. Bu, şübhəsiz ki, mənim siyasi səhvimdir, ona görə də üzr istəyirəm”, – deyə Solovyov bildirib.
Qeyd edək ki, Rusiyanın əsas təbliğatçısı, ermənipərəst jurnalisti Vladimir Solovyov Qarabağ separatçısı David Babayanı “Solovyov” verilişinin səhər buraxılışına dəvət edib. Veriliş canlı yayımlanıb.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
