Son 8 ayda Trampı iki dəfə öldürməyə cəhd ediblərbackend

Son 8 ayda Trampı iki dəfə öldürməyə cəhd ediblər

İlon Mask sabiq prezident Donald Trampa qarşı baş vermiş sui-qəsddən bir neçə dəqiqə sonra onu dəstəkləyən ismarınc paylaşıb.

KONKRET.az xəbər verir ki, öz şəxsi “X” səhifəsində Trampın hadisədən sonra qanlı qulağı ilə ayağa qalxaraq yumruq göstərməsini əks etdirən şəkli paylaşan Mask bunları yazıb: “Mən Prezident Trampı tam dəstəkləyirəm və onun tez sağalacağına ümid edirəm”.

Qeyd edək ki, Mask planetin ən zəngin adamlarından biridir və dünyanın ən böyük sosial media platformalarından birinə nəzarət edir. Məlumata görə, Tramp Maska müşavir postunu təklif edib.

Sonda isə Mask son 8 ayda iki nəfərin onu öldürməyə cəhd etdiyini vurğulayaraq “Qarşıda təhlükəli vaxtlar var”, – yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*