SON DƏQİQƏ: “Azərbaycan sülhməramlıların Laçın dəhlizindən keçməsinə icazə vermədi” – Petrosyanbackend

SON DƏQİQƏ: "Azərbaycan sülhməramlıların Laçın dəhlizindən keçməsinə icazə vermədi" - Petrosyan

“Azərbaycanlılar Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçməsinə imkan verməyib”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Tiqran Petrosyan bildirib: “İndi bütün Laçın dəhlizinə azərbaycanlılar nəzarət edir. Bu gün də azərbaycanlılar rus sülhməramlılarının dəhlizdən keçməsinə icazə verməyiblər. Bu qadağanın səbəbi hələ məlum deyil. Bunu sülhməramlıların Qarabağda yerləşən hərbi bazasına qayıtması zamanı öyrənmək olar”, – deyə Petrosyan vurğulayıb.

Qondarma rejimin separatçısı ekofəallarımızın keçirdiyi aksiyanın fəaliyyətindən də danışıb: “Onların məqsədi nəzarət-buraxılış məntəqəsi quraşdırmaq olub. Artıq missiyaları tamamlanıb. Orada yük maşınlarını yoxlamaq üçün skaner də quraşdırılıb. Rusiya sülhməramlılarının susması nəticəsində onlar məqsədlərinə çatıblar. Erməni cəmiyyətində Rusiya sülhməramlılarına inam nəzərəçarpacaq dərəcədə azalıb. Əgər onlar dəhlizin blokunu qısa müddətdə açmasalar, o zaman biz beynəlxalq ictimaiyyətə, BMT-yə müraciət edəcəyik”, – deyə Petrosyan sərsəm fikirlərini tamamlayıb.

Qeyd edək ki, erməni mediası Azərbaycan tərəfinin aprelin 28-i saat 21:00-dan aprelin 29-u saat 11:10-dək Şuşa şəhəri ərazisində  “Artsax”a yük aparan Rusiya sülhməramlı qüvvələrinin maşınlarını saxladığını və  təxminən 14 saat ərzində onların hərəkətinə icazə vermədiyini yazıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*