Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu – YENİLƏNİBbackend

Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu - YENİLƏNİB

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda – Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.

***

17:19

Azərbaycanda zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, eraltı təkanlar Bakı, Sumqayıt, Quba, Şamaxı, Ağsu, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər rayonlarda hiss olunub.

“Zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub” – deyə, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Sosial şəbəkə istifadəçiləri zəlzələni saat 16:45 radələrində hiss etdiklərini bildirirlər.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*