SON DƏQİQƏ! Ermənilər Əskiparada HƏRBİ BAZA TİKİR – VİDEObackend

SON DƏQİQƏ! Ermənilər Əskiparada HƏRBİ BAZA TİKİR - VİDEO

Ermənistan tərəfindən işğal olunmuş Əskipara (ermənilər bunu Voskepar adlandırır) kəndində Rusiya ordusu üçün daha bir hərbi baza tikilir.

KONKRET.az bu barədə “Factor” erməni telekanalına istinadən xəbər verir. Xəbərdə deyilir ki, Rusiya Federasiyasının hərbçiləri üçün ikinci məntəqə tikilir.

Bundan əvvəl xəbər verdiyimiz kimi, Tavuş vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində də Rusiya hərbi bazası inşa edilir.

Əskipara kənd soveti rus keçid məntəqəsinin tikintisini təsdiqləyib.

Bu gün Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədin bu istiqamətində yerləşdirilməsi faktını artıq təsdiqləyib.

“Mətbuatda Tavuş vilayətində, xüsusən də Voskepar kəndində rusiyalı hərbçilərin olması ilə bağlı məlumatla əlaqədar bildiririk ki, qeyd olunan ərazidə Rusiya sərhədçiləri yerləşdirilib, inşaatçılar isə iş aparır”, – Ermənistan Müdafiə Nazirliyinin saytında bildirilir.

Prosesin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi qeyd edilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*