SON DƏQİQƏ! Rusiya HƏRƏKƏTƏ KEÇDİ – Kurska əlavə qüvvələr GÖNDƏRDİbackend

SON DƏQİQƏ! Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Kurska əlavə qüvvələr GÖNDƏRDİ

Rusiya Kursk vilayətinə əlavə hərbi qüvvələr göndərir.

KONKRET.az xəbər verir ki,bu barədə görüntülər telegram kanallarında paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.

Yayılan son məlumatlara görə, Ukrayna Kursk vilayətinin Oktyabrskoye kəndində hərbi konvoya HIMARS-la zərbə endirib. Hücum nəticəsində 120-dən çox Rusiya hərbçisi həlak olub.(musavatcom)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*