Son dəqiqə! Nazirlər Kabineti DİN-lə bağlı qərarı dəyişdibackend

Son dəqiqə! Nazirlər Kabineti DİN-lə bağlı qərarı dəyişdi

Daxili İşlər Nazirliyinin yeni vəzifəsi müəyyənləşib.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, Daxili İşlər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin elektron qaydada sorğu əsasında mopedlər barədə məlumatları (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nömrəsi, sahibinin soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN-i) təxirə salınmadan almasını təmin etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*