Sosial şəbəkələrdə hansı paylaşımlara görə işdən çıxarıla bilərsiniz?backend

Sosial şəbəkələrdə hansı paylaşımlara görə işdən çıxarıla bilərsiniz?

Əgər istifadəçi sosial şəbəkədə və ya internetdə paylaşdığı yazı və ya şərhdə kommersiya sirrini açıqlayarsa, bu səbəbdən işdən çıxarıla bilər və bu, qanuni hesab olunur.

KONKRET.az xəbər verir ki, şirkətlər əməkdaşları təkcə sosial şəbəkələrdəki paylaşımlarına görə deyil, yazdıqları rəylərə görə də işdən azad edə bilirlər.

Risk qrupuna həmçinin aşağıdakılar daxildir: İşlədiyi şirkətin biznesi barədə paylaşımlar edənlər və ya daxili iş prinsipləri və fəaliyyəti haqqında məlumat yayan əməkdaşlar.

Hesab edirik ki, bu cür işdən çıxarılma halları kütləvi xarakter daşımır. Fikrimizcə, əgər belə qadağa əmək müqaviləsində və ya Əmək Məcəlləsində nəzərdə tutulmayıbsa, işçinin işdən çıxarılma qərarından məhkəməyə şikayət edib onu ləğv etdirmək şansı kifayət qədər yüksəkdir.

Lakin ekspertlər xəbərdarlıq edir ki, əgər işçi internetdə paylaşım edərək qanunla qorunan sirri, digər əməkdaşların şəxsi məlumatlarını və ya işəgötürənin kommersiya sirrini açıqlayarsa, bu halda onun işdən çıxarılması qanuni əsaslara söykənə bilər.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*