“Space televiziya adına ləkədir” – Qulu Məhərrəmlibackend

"Space televiziya adına ləkədir" - Qulu Məhərrəmli

Bir neçə gündür torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda qızğın savaşlar getdiyi və xalqımızın gərgin mənəvi sarsıntılar yaşadığı bir vaxtda bəzi televiziya kanallarında hələ də çal-çağırdı. Bu isə haqlı olaraq sosial şəbəkə istifadəçiləri və insanlar arasında böyük qıcıq yaradıb.

KONKRET.az-a açıqlamasında məsələyə münasibət bildirən media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli insanlarımız tərəfindən səslənən tənqidlərə haqq qazandırıb: “Bu gün Azərbaycanda çətin proseslər gedir. Müharibə şəraitində yaşayırıq. Televiziyalar gecə-gündüz işləməlidir. İnsanlarımızı yeni xəbərlərə təmin edərək, baş verənlərlə bağlı məlumatlandırmalıdır. Gecə Gəncə ermənilər tərəfindən raket atəşinə tutulub, ölən və yaralananlar var. Bu barədə sosial şəbəkələrdə və Türkiyə televiziyalarında daha çox reportajlar verilir. Əlbəttə, bütün bunlar bəzi televiziyalarımızın gerçək üzünü və hansı səviyyədə olmasından xəbər verir”.

Qulu Məhərrəmli onu da vurğulayıb ki, Gəncə, Mingəçevir və Tərtərdə muxbir postları qurulmalı, əhali oradan məlumatlandırılmalıdır: “Təəssüf ki, bəzilərində bunların heç birini görmürük. Space və Lider kimi televiziyalardan nə gözləmək olar? Space televiziya adına ləkədir. Amma “Real” TV və digər televiziyaların müəyyən fəallığı var, son günlərdə pis çalışmırlar. Əslində daha aktiv olmaq və tamaşaçıları məlumatlandırmaq vacibdir. Çünki bu televiziyalara həm də dünya baxır, xəbərlər dünyada yayılır. Ona görə də bizim televiziyalar xəbər mənbəyi kimi dünya televiziyalarına məlumat verməlidir. Təəssüf ki, biz bunu geniş miqyasda görmürük. Ona görə də hesab edirəm ki, insanlarımız haqlı irad tuturlar. Bildirilər ki, camaat orada bombalanır, amma televiziyalar yatır. Televiziyalar yatmamalıdır. Oyaq olub, erməni  vəhşiliyini dünyaya car çəkməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

  • İSMAYİL
    Oktyabr 11, 2020 - 20:36

    Mən siyasətçi deyiləm. Amma qəlbimdən keçir ki, ermənilərin Moskva danışıqlarından sonra bu terror hərəkətlərinə görə, eyni zamanda Rusiyanın bu vəziyyətdə haqqı-nahaqdan ayırmamaq mövqeyində durduğuna görə, Açıq şəkildə bildirməliyik ki, Moskvada “ATƏŞKƏSİN ELAN EDİLMƏSİ ÜÇÜN” qəbul edilmiş müqaviləni qüvvədən düşmüş hesab üdirik. Bizim işimiz haqq işidir. Ali Baş Komandanın rəhbərliyi altında qələbə çalacağımaza inanırıq. Evlərimiz dağıdılır?; – yenisini tikərik, övladlrımız şəhid olur?;- yenə doğub törəyib artacağıq. Təki vətən sağ olsun. Amma torpağımız olmasa bunların heç birisi olmayacaq. Tezliklə ordumuza qələbə zəfərləri arzulayıram. Yaşasın AZƏRBAYCAN! QARABAĞ AZƏRBAYCANDIR!!!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*