Sülh müqaviləsi bağlamaq üçün 3 əsas prinsip razılaşdırılıb – Paşinyanbackend

Sülh müqaviləsi bağlamaq üçün 3 əsas prinsip razılaşdırılıb - Paşinyan

Azərbaycanla sülh müqaviləsinin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırıldı.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh sazişinin imzalanması reallaşacaq.

Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır.

İkinci prinsip ondan ibarətdir ki, Alma-Ata Bəyannaməsi, plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır.

Üçüncü prinsip isə bütün regional kommunikasiyaların açılmasıdır.

Onun fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*